14 Fevral 2022 11:25
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda qətl törətməkdə təqsirli bilinən İbrahim Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.

İbrahim Muxtarov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə 2014-cü ilin avqustun 16-da Abşeron rayonunda yerləşən istirahət mərkəzlərinin birində baş verib.

İbrahim Muxtarov Böyükağa Əliyevi qətlə yetirib.

Daha sonra o, istintaqdan yayınıb.

“İnterpol” xətti ilə axtarışa verilib və 2021-ci ildə həbs edilib.

İstintaq orqanları tərəfindən İbrahim Muxtarovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

İbrahim Muxtarovun kriminal aləmin üzvü olduğu bildirilir.

O, “Vəziyyət İbrahim” ləqəbi ilə tanınır.


Müəllif: Hacı Zeynalov