21 Noyabr 2014 14:52
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda yeməkxanada cinayət hadisəsi törədilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayon sakini 1984-cü il təvəllüdlü Səbuhi İsayev tutulub.

Səbuhi İsayev noyabrın 18-də səhər saatlarında Keşlə qəsəbəsi M.Ağayev küçəsində yerləşən yeməkxanda Bakı şəhər sakini Xariqə Babayevanın əl çantasından 1165 manat pulunu oğurlayıb.

Hacı Zeynalov


Müəllif: