21 Noyabr 2014 15:56
1 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə noyabrın 20-də, saat 19:30 radələrində qeydə alınıb. Heydər Əliyev prospektində Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Yasin Nəbiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada Şəki rayon sakini 1960-cı il təvəllüdlü Kənan Qasımovu vurub.

Xəstəxanaya yerləşdirilmiş Kənan Qasımov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: