21 Fevral 2022 15:13
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilib.

Məlikməmməd Qurbanovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

***

13:28

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, Məlikməmməd Qurbanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.

***

13:16

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Baş Prokurorluğun mətbuat xidməti təsdiqləyib.

Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.

Qeyd edək ki, Məlikməmməd Qurbanov dövlətə 3,5 milyon manat maddi ziyan vurmaqda ittiham edilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər