22 Noyabr 2014 10:50
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda itkin düşən 25 yaşlı qız tapılıb.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Biləcəri qəsəbəsində yaşayan 1989-cu il təvəllüdlü Səriyyə Əmrahova oktyabrın 17-də evdən çıxıb və bir daha geri qayatımayıb. Onun ailə üzvləri itkin düşmə faktı ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə müraciət ediblər.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Səriyyə Əmrahova evə qayıdıb.

Hacı Zeynalov


Müəllif: