Bakıda bir gündə iki nəfər dəm qazından zəhərlənib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmıtindən məlumat verilib.
Məlumata görə, hadisələrdən biri Qaradağ rayonunda qeydə alınıb. Rayonunun Lökbatan qəsəbəsində yaşayan Baba Quliyev dəm qazından zəhərlənərək ölüb. Bundan başqa Nəsimi rayonu ərazisində yaşayan Zemfira Rəhimova dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Hər iki faktla bağlı müvafiq rayon prokurorluqları tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov