Noyabrın 11-də Mingəçevir şəhərində Yuxarı Qarabağ kanalında batan məktəblinin axtarışları başa çatdırılıb.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, 2003-cü il təvəllüdlü Novruzov Toğrul Hikmət oğlunun cəsədi noyabrın 23-də FHN-in dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 1,6 km aralıda tapılaraq sudan çıxarılıb.
Cəsəd aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, T.Novruzovun qardaşı, 2001-ci il təvəllüdlü Ömərin meyiti noyabrın 18-də tapılaraq sudan çıxarılmışdı.