Bu gecə Şəmkirdə qətl hadisəsi baş verib.
Teleqraf.com Kəpəz TV-yə istinadən xəbər verir ki, rayon sakini 28 yaşlı Firuz Zamanov şəxsi münasibətlər zəminində 39 yaşlı Laçın Məmmədov tərəfindən bıçaqlanıb. 2 bıçaq zərbəsi alan F.Zamanov hadisə yerində dünyasını dəyişib.
Cinayəti törədən L.Məmmədov dərhal hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanları onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparır.
Qeyd edək ki, L.Məmmədov əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 3 dəfə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi başlanıb.