Zərdab rayonunda intihar hadisəsi baş verib.
Zərdab rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Qoruqbağı kəndində qeydə alınıb.
Kənd sakini Xosrov Xəlilov sirkə turşusu içərək ölüb. Əvvəllər məhkumluq həyatı yaşayan Xosrov Xəlilov bundan əvvəl bir neçə dəfə intihara cəhd edib. Onun intira etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov