Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
Xətai rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Xətai rayonu ərazisində kirayədə yaşayan Masallı rayon sakini Seymur Rahibli kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.
Məlumata görə, 1988-ci il təvəllüdlü Seymur Rahibli 1 Saylı Şəhər Klinik Xəstəxanasında müayinə olunub. O, istintaqa verdiyi ifadəsində bıçaqlanmadığını deyib. O, bildirib ki, limon doğrayan zaman özü-özünü bıçaqlayıb.
Amma istintaq orqanı onun bu ifadəsini inandırıcı hesab etməyib. 36-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin iştirakçısı müəyyən edilib. Seymur Rahibli münaqişə zəminində qeyri rəsmi yaşadığı Cəlilabad rayon sakini Lətafət Qardaşxanova təırəfindən bıçaqlandığı üzə çıxıb. O, həbs edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov