25 Noyabr 2014 16:07
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan teleaparıcı İlham Mirzəyev barəsində olan hökmdən verilən şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Faiq Qasımovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə ilkin dinləmə olub. Təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdiriləndən sonra məhkəmə baxışı dekabrın 9-na təyin edilib.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə İlham Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İlham Mirzəyev apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

İlham Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər