İsmayıllı rayonunda intihar hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Qəzli kəndində qeydə alınıb.
Kənd sakini, 1928-ci il təvəllüdlü İsaq Canıyev özünü ov tüfəngindən atəş açaraq vurub. O, aldığı güllə yarası ilə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov