26 Noyabr 2014 07:01
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda gecə saatlarında yanğın olub.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan 2 mərtəbəli 8 otaqlı evdə baş verib.

Nəticədə evin 2-ci mərtəbəsində tüstü bacasının ətrafı 15 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 01:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: