15 May 2022 12:04
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda 1993-cü il təvəllüdlü Yasin şəxsi münasibətlər zəminində arvadı Xumara (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 8-də baş verib. Yasin həmin gün saat 23.30-da birgə yaşadığı mənzildə arvadı Xumarın ona spirtli içki qəbul etməsinə iradını bildirməsi səbəbindən mübahisə edib.

O, mbahisə zamanı arvadını döyərək, ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Yasinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan eidlib.

Cinayət işi baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. Cinayət işinə Murad Məmmədovun sədrliyi ilə baxılıb.

Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxslə zərərçəkmiş barışıb. Bu səbəbdən də zərərçəkmiş təqsirləndirilən şəxsdən şikayətçi olmayıb.

Onların barışmasını hakim hökm çıxararkən nəzərə alıb.

Hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər