Narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunan meyxanaçı Cavid Babaşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.
Cavid Babaşov 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Cavid Babaşov Sumqayıt şəhərində saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib.
Cavid Babaşov tanınmış meyxanaçıdır.