29 Noyabr 2014 12:55
1 383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 28-də axşam saatlarında Lənkəran şəhərində ağır bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com CTV-yə istinadən xəbər verir ki, bıçaqlanan 40 yaşlı Eyvaz Paşayevi yaxınları qan içində tapıblar. Qohumlar ağır vəziyyətdə olan yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Sol üzün kəsilmiş-deşilmiş yarası, dilin kəsilməsi, sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası və ağır qanaxma diaqnozu ilə xəstəxanaya daxil olan E.Paşayev dərhal əməliyyat edilib və hazırda vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi, lakin hələlik olayla bağlı heç kimin saxlanılmadığı, əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyini bildiriblər.

CTV-nin məlumatına görə, hadisəyə səbəb zərərçəkənin söyüş söyməsi olub.


Müəllif:

Oxşar xəbərlər