1 Dekabr 2014 11:33
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin əməkdaşları 17 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısını alıblar.

Bu barədə Teleqraf.com-a Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Ərbab Sabir oğlu Hüseynovun yanına qısamüddətli görüşə gəlmiş dayısı oğlu, Ağdaş şəhər sakini Ramiq Yaqub oğlu Əliyevin görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.

Keçirilən baxış zamanı Ramiq Əliyevin gödəkçəsinin cibindən daxilində danışıq kartı olmayan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Ərbab Hüseynov Cinayət Məcəlləsinin 317-2.1 və 67.1 maddələrinə əsasən 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər