2 İyul 2022 18:44
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində avtomobildən 1800 manat oğurlanıb.

DİN-in Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə şəhər ərazisində “Mercedes” markalı bir avtomobildən 1800 manat pul və bank kartının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş O.Xələfov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.


Müəllif: Teleqraf.com