Kürdəmir rayonunda cinayət hadisəsi baş verib.
Kürdəmir rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Carlı kəndində qeydə alınıb.
Məlumata görə, 2013-cü il təvəllüdlü Heyran Məmmədova güllə yarasından dünyasını dəyişib. Heyran Məmmədovanı özündən 4 yaş böyük olan qardaşının ehtiyatsızlıq nəticəsində ov tüfəngindən açdığı atəş nəticəsində ölməsi məlum olub.
Kürdəmir rayon prokurorunun böyük köməkçisi Pərviz Nərimanov Teleqraf.com-a bildirib ki, hadisə bir neçə gün əvvəl baş verib: “Hadisə ilə bağlı prokurorluğa bu gün məlumat daxil olub. Bu səbəbdən hadisə ilə bağlı araşdırma başlanıb”.
Hadisə ilə bağlı araşdırma aparılır.
Hacı Zeynalov