20 Sentyabr 2022 14:54
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Ramil Rəhmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə hökm elan olunub.

Hökmə əsasən, Ramil Rəhmanovun cinayəti anlaqsız vəziyyətdə törətməsi müəyyən edilib. Onun barəsində Respublika Psixiatriya Xəstəxanasına məcburi müalicəyə göndərilməsi barədə qərar verilib.

Qeyd edək ki, hadisə ötən ilin aprelində paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib.

Belə ki, R.Rəhmanov 1994-cü il təvəllüdlü Cavad Allahverdiyevin ürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirib.

Istintaq orqanı tərəfindən R.Rəhmanova qarşı Cinayət Məcəlləsinin 120.2.2-cü (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Müəllif: Hacı Zeynalov