Bakıda dələduzluq etməkdə ittiham olunan Milli Fədailər Hərəkatının mətbuat katibi Fərid Abdinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Fərid Abdinov 7 il azadlıqdan məhrum edilib.
Fərid Abdinov dələduzluq yolu ilə zərərçəkənlərin ümumilikdə 178 min manat pulunu ələ keçirib.