Balakən şəhərində yaşayan Gürcüstan vətəndaşı Habil Xəlilovun evinə nəfəslikdən girmiş şəxsiyyəti məlum olmayan 3 nəfər tapança və elektroşok ilə hədələyərək pul və qızıl əşyaları tələb ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səs-küy yarandığından cinayətkarlar hadisə yerini tərk ediblər.
Balakən rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gürcüstan vətəndaşı Ceyhun Bayramov tutulub.
Hacı Zeynalov