29 Dekabr 2022 13:38
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xural TV-nin baş redaktoru Əvəz Zeynallının barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı təqdimatı təmin olunub.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi keçirilən prsesdə qərar elan olunub.

Əvəz Zeynallının həbs müddəti 3 ay uzadılıb

***

09.56

Xural TV-nin baş redaktoru Əvəz Zeynallının barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə təqdimat verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc bildirib.

Vəkil qeyd edib ki, təqdimat Binəqədi rayon Məhkəməsinə daxil olub.

Təqdimata bu gün saat 11.00-da baxılacaq.

Qeyd edək ki, bu ilin sentyabrında Binəqədi rayon Məhkəməsinin qərarı ilə Əvəz Zeynallının barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Əvəz Zeynallının barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib.

Daha sonra isə ona əlavə olaraq Cinayət Məcəlləsinin 312-1 (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham verilib.

Əvəz Zeynallı ittihamları qəbul etmir.


Müəllif: Hacı Zeynalov