17 Dekabr 2014 11:09
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qız qaçırmağa cəhddə ittiham olunan Əhməd Məmmədov və Camal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hadisə Bakının Nəsimi rayonunda, Tibb Unversitetin qarşısında baş verib. Əhməd və Camal Məmmədovlar həmin universitetin qarşısında 18 yaşlı Samirəni (ad şərti verilib) oğurlamağa cəhd ediblər.

Məlumata görə, Məmmədovların məqsədi Samirəni evlənmək məqsədilə qaçırmaq olmayıb. Onlar qızı tamah məqsədilə oğurlamaq istəyiblər. Proses qapalı keçirildiyi üçün ittihamın təfərrüatı tam açıqlanmır.
Bildirilir ki, qızın səs-küy salması və ərazidə xidmət aparan polislərin işə müdaxiləsindən sonra Məmmədovların cinayəti başa çatdırmaq niyyətləri baş tutmayıb. Hər iki təqsirləndirilən həbs edilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinə 8 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan təqsirləndirilən şəxslərin barəsində həbs qəti imkan tədbiri seçilib və onlar məhkəmə zalından həbs ediliblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər