18 Dekabr 2014 13:05
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda silahlı insident baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Məmmədli kəndində qeydə alınıb. Rayon sakini Tarıyel Əliyev ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Bərdə rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd nömrəsi silinmiş ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər