Sumqayıtda və Bakıda ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətinə malik olan oyuncaqların götürülməsi ilə bağlı əməliyyat keçirilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, əməliyyat Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən keçirilib. Keçirilən əməliyyat zamanı paytaxtın Xəzər rayonu və Sumqayıt şəhəri ərazisindəki ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətinə malik olan 13000 ədəd partlayıcı oyuncaq aşkarlanıb.
Hacı Zeynalov