Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, Mürrey strit küşəsində yerləşən evdə öldürülənlərin hamısı soyuq silahla qətlə yetirilib. ABC telekanalı öldürülən uşaqların 1,5 – 15 yaşlarında olduğunu bildirib. Hadisə yerində üzərində çoxsaylı bıçaq xəsarətləri olan yaralı qadın aşkarlanıb. Qadın dərhal xəstəxanaya çatdırılıb.
Polis hadisə yerinə yaralı qadının zəngi əsasında saat 04.20-də cəlb olunub. Ağır vəziyyətdə olmasına baxmayaraq qadının artıq polisə lazımi ifadə verdiyi qeyd olunur.