Ukraynanın İvano-Frankovsk vilayətində milis bir ailənin üzvü olan 5 nəfərin ölümünün təfərrüatlarını araşdırır.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, ilkin versiyaya əsasən, valideynlər əvvəlcə 3 uşağını öldürüb, sonra isə silahla intihar ediblər.
Onların cəsədi iki gün əvvəl Yaremçansk rayonunun Mikuliçin kəndi yaxınlığındakı meşə massivində tapılıb. Bütün səzədlərdə zorakılıq əlamətləri qeydə alınıb, onlar hamısı başından aldıqları güllə yarasından keçiniblər.
Ölən 3 uşaq 2, 4 və 5 yaşlarındadır. Körpələrin cəsədinin yanında valideynlərinin meyiti aşkarlanıb. "Qadının cəsədinin yanında ov tüfəngi tapılıb. Onların şəxsi əşyaları və puluna toxunulmayıb", - İvano-Frankovsk milisindən bildiriblər.
Ölənlər Çernovitsk sakinləridir. Çernovitsk prokurorluğunun məlumatına görə, ər və arvad Çernovitsk vilayətindəki ticarət mərkəzlərindən birində işləyirmiş. Оnların İvano-Frankovsk vilayətinə gəlişinin məqsədi barədə məlumat verilmir.
Yalnız o bəllidir ki, ailədə münaqişə yaranıb. Ölən ər qeyr-leqal olaraq ov tüfəngi saxlayıb. O, vətəndaş nikahı ilə yaşadığı qadına silahla davranmağı öyrədib.
Ölənlərin cəsədi məhkəmə-tibbi ekspertizası üçün ölüxanaya göndərilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma davam edir.
Nihad