19 Dekabr 2014 13:11
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda torpağa basdırılmış narkotik vasitənlər tapılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, rayonun Şükürlü kəndi ərazisində, kənd sakinləri Ayaz Mirzəyev və Rövşən Mirzəyev təsərrüfat işləri ilə məşğul olarkən 4 kiloqram 939,9 qram tiryək, 19,38 qram heroin və 4 kiloqram 600 qram marixuana tapıb və Dövlət Sərhəd Xidmətinin oradakı zastavasına təhvil veriblər.


Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər