Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sağlamlığa ağır xəsarət yetirməkdə təqsirli bilinən İlkin Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu ilin iyulun 26-da Nizami rayon sakini, 1995-ci il təvəllüdlü Səfərov Ümid Rövşən oğlu bıçaqlanıb. Sağ bud nahiyəsindən ağır xəsarət alan 19 yaşlı oğlan xəstəxanaya yerləşdirilib.
İlkin araşdırmalarla Ümid Səfərovun tanışı, Sumqayıt sakini olan 18 yaşlı İlkin Bəşirov tərəfindən bıçaqlanması müəyyən edilib. İlkin Bəşirov saxlanılıb. Məlum olub ki, İlkin Bəşirov daha əvvəl oğurluq etdiyinə görə, cinayət məsuliyyətinə cəlb edilibmiş.
Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə İlkin Bəşirovun anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı dekabrın 29-na təyin olunub.
Hacı Zeynalov