"Belə daha yaxşı olacağına əminəm"
Van Universitetinin tələbəsi, 19 yaşlı Behiye Kirin Aydının Söke mahalında yaşayan ailəsi qızlarının PKK tərəfindən qaçırıldığını bildirib.
Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, gənc qızın anası jurnalistlərə açıqlamasında səlahiyyətlilərə səslənərək "Qızımın həyatından narahatam, onu qurtarın" deyib. Ayşı-Əli Kİr cütüyünun qızları Behiye Kir dekabrın 6-da ytoxa çıxıb. Qızından xəbər ala bilməyən və Vana gedən ata Əli Kir iqtisadiyyat fakültəsində oxuyan qızının yoldaşlarıyla görüşüb. Qızının PKK tərəfindən qaçırıldığını idia edən ata "Məktəbdə yoldaşlarıyla danışdım. Ən son tuncelili bir yoldaşı ilə görüşüb. Günlərdir xəbər ala bilmirik. Qızım müasir bir uşaqdır. Könüllü olaraq dağa gedəcəyinə inanmıram. Qızım zorla qaçırılıb" deyib.
Qızının həyatından narahatlıq olduğunu deyən Əli Kir "Türkiyə Böyük Millət Məclisinə gedəcəyəm. Baş nazir, prezident və millət vəkilləri ilə görüşüb uşağımın geri gətirilməsini istəyəcəyəm" deyib. Behiye Kir yoxa çıxdığı 6 dekabr tarixində sosial şəbəkədəki profilində "Belə daha yaxşı olacağına əminəm" deyə qeyd yazıb.
3 qız uşağı azad edildi
Bu arada Şırnakın Silopi mahalında terror təşkilatı üzvlərinin dağa qaçırmaq istədiyi 3 qız polisin təşkil etdiyi əməliyyatla xilas edilib. 13-18 yazı olan qızlar ailələrinə təvhil verilib.
Nihad