22 Dekabr 2014 14:46
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda yanacaqdoldurma məntəqəsinə basqın olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, dekabrın 18-də “Oscar” yanacaqdoldurma məntəqəsinin işçiləri Mikayıl Balakişiyevi və Hikmət Mustafazadəni bıçaqla hədələyiblər. Basqın edənlər oradan 1154 manat və 2 ədəd mobil telefonu aparıblaq.

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Ulacalı kənd sakini, əvvəllər məhkum olunmuş Kamil Babayev tərəfindən aparılması müəyyən edilib.

Araşdırmalar zamanı quldurluğun məntəqənin işçisi Mikayıl Balakişiyev tərəfindən təşkil edilməsi müəyyən edilib və o, tutulub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər