Bakının Nizami rayonunda dələduzluq cinayətinin üstü açılıb.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini, 1955-ci il təvəllüdlü Vidadi Əliyev tutulub.
Vidadi Əliyev 2013-cü ildə Bakı şəhər sakini Habil Qasımovun etibarından sui-istifadə edərək 2100 manatını alıb. O, Habil Qasımovun qeyd olunan miqdarda pulunu mənimsəyib. Vidadi Əliyev bundan əvvəl də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov