Hindistanın sahil şəhəri Puduçerridə inanılmaz hadisə yaşanıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, intihar etmək üçün özünü dənizə atan qız təcavüzə uğrayıb.
Belə ki, 7 nəfərlik ailə kilsədən çıxarıldıqları üçün toplu şəkildə dənizə atılaraq intihara cəhd ediblər. Dalğa qadınlardan birini sahilə çıxarıb. Bunu görən iki balıqçı kömək etmək əvəzinə qızı zorlayıblar.
Hadisədən sonra polis təhlükəsizlik kameralarının qeydləri vasitəsi ilə şübhəliləri müəyyən edib. Qısa müddət ərzində S.Raja və K.Vijaykumar adlı təcavüzkarlar həbs edilib.
Rüstəm