Şəmkir rayonunda toy mərasimində bıçaqlanma hadisəsi olub.
Teleqraf.com xəbər verir ki, hadisə Şəmkir şəhər ərazisində yerləşən şənlik evlərinin birində keçirilən toy mərasimində qeydə alınıb.
Mərasimdə düşən mübahisə zamanı 1996-cı il təvəllüdlü İntiqam Nərimanlı qol nahiyəsindən, 1993-cü il təvəllüdlü Məmməd Məmmədli isə bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıb.
Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.