25 Dekabr 2014 14:20
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda qətl hadisəsi törədən həbs olunub.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Bakı Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Yasamal rayon Polis İdarəsi və Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 23-də Boris Yarovu qətlə yetirmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Namik Babayev tutulub.

Qeyd edək ki, hadisə dekabrın 23-də Yasamal rayonunun Yunis Dağlı küçəsində qeydə alınıb. Bakı şəhər sakini Boris Jarovun üzərində kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti tapılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər