25 Dekabr 2014 14:48
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayonu Qarabağ kənd uşaq musiqi məktəbinin vəzifəli şəxslərinin barəsində olan cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Füzuli rayonu Qarabağ kənd uşaq musiqi məktəbinin vəzifəli tərəfindən yol verilmiş qanun pozuntuları ilə əlaqədar Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Aparılmış istintaqla Qarabağ kənd uşaq musiqi məktəbinin sabiq direktoru Quliyev Elxan İsmayıl oğlunun həmin vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

O, 2011-2014-cü illərdə rayon ərazisində keçirilən mədəni-kütləvi tədbirlərdə iştirak etmək məqsədilə ayrı-ayrı incəsənət adamlarını həmin tədbirə cəlb edib. O, gördükləri iş müqabilində onlara pul vermək məqsədi ilə qanunsuz olaraq məktəbdə müəllim kimi rəsmiləşdirib, dərs saatları yazmaqla əmək haqqı hesablayaraq adlarına hazırlanmış plastik kartlar vasitəsilə ümumilikdə 63.938 manat mənimsəyib.

Elxan Quliyev Cinayət Məcəlləsinin 308.1, 309.1 və 313-cü maddələrində nəzərdə tutulan ittiham elan edilib.

İstintaq dövründə dövlət büdcəsinə vurulmuş ziyanın tam məbləğdə ödətdirilməsi təmin edilib. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Füzuli rayon məhkəməsinə göndərilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər