25 Dekabr 2014 15:38
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Bakı şəhər sakinləri 1993-cü il təvəllüdlü Rəşad Dadşzadə və 1994-cü il təvəllüdlü Cahangir Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxış vaxtı dekabrın 4-ə təyin edilib.

Qeyd edək ki, soyğunçuluq hadisəsi bu il avqustun 16-da Xətai prospektində naməlum şəxs Bakı şəhər sakini Ələsgər Fətullayevin üz nahiyəsindən yumruqla vuraraq cibində olan 1000 manat pulunu götürüb qaçıb.

Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən 1994-cü il təvəllüdlü Cahangir Eyvazov və 1993-cü il təvəllüdlü Rəşad Dadaşzadə tutulublar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər