25 Dekabr 2014 16:56
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində bir sıra telekanallarda kriminal rubrikanın aparıcı işləmiş Azər İsrafilovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Azər İsrafilovun cəzasının yüngülləşdirilməsi ilə bağlı şikayəti qismən təmin edilib. Məhkəmə Azər İsrafilovun cəzasını 3 ilə endirib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər İsrafilov 7 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan teleaparıcı məhkəmə zalından həbs edilib.


Azər İsrafilov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. O, vətəndaşın 13 min dollar məbləğində pulunu alaraq qaytarmayıb.

Xətai rayon Məhkəməsi isə Azər İsrafilovun barəsində başlanan cinayət işinin yenidən araşdırılması ilə bağlı qərar qəbul edib. Azər İsrafilov bir sıra televiziyalarda kriminal müxbir kimi işləyib.

O, 2007-2010-cu illərdə ANS-də çalışıb. Daha sonra isə İctimai Televiziyanın “Qanundan kənar” verilişinin müxbiri kimi fəaliyyət göstərib. O ötən ilin iyun ayında İTV-dən ayrılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər