Boliviyada sərnişin avtobusunun aşması nəticəsində 4 nəfər ölüb, 16 nəfər yaralanıb. Teleqraf.com-un TASS-a istinadən verdiyi xəbərə görə, qəza Santa Krus de la Syerra şəhərindən 241 km aralıda magistral yolda baş verib.
İlkin məlumata görə, qəzaya səbəb əyləc sistemində yaranmış problem olub. Qəza qurbanları arasında 6 aylıq və 3 yaşlı uşaqların da olduğu bildirilir.
Xəsarət alanlar xəstəxanalara çatdırılıb, faktla bağlı araşdırma aparır.