Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən 1981-ci il təvəllüdlü Əfqan Göyüşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Əfqan Göyüşov 2014-cü ilin martında Ü.Hacıbəyov küçəsində yerləşən mağazada Ceyhun Məmmədovun mobil telefonunu masanın üzərindən oğurlayıb.
Ondan oğurladığı mobil telefon və 1 qramdan artıq heroin götürülüb. Sonradan isə müəyyən edilib ki, Əfqan Göyüşov martın 22-də Ü.Hacıbəyov küçəsində Azad Məmmədovun evindən qapının kilidini sındırmaq yolu ilə oğurluğa cəhd edib.
İstintaq hərəkəti üçün Səbail Rayon Polis İdarəsinin müvəqqəti saxlama məntəqəsinə etap olunan Əfqan Göyüşov elə orada özünü doğrayıb. O, qan içərisində xəstəxanaya aparılaraq yardım edilib.
Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Əfqan Göyüşov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, oğru aləmində məhbus və ya şübhəli şəxs polisə, müstəntiqə etiraz bildirəndə qolunu doğrayır. Bu, “blatnoy” adamın qiyamı sayılır.
Hacı Zeynalov