İctimai fəal Bəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəkili tərəfindən verilən vəsaitə baxılıb.
Teleqraf.com xəbər verir ki, Xətai rayon Məhkəməsinin qərarı ilə vəsatət təmin olunmayıb.
Qeyd edək ki, fevralın 23-də istintaq orqanının təqdimatı ilə Bəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbiri daha 2 aya qədər uzadılıb.
Bundan əvvəl isə yanvarın 21-də Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 28 fevral 2023-cü il tarixinədək uzadılmışdı.
Xatırladaq ki, ötən ilin dekabrın 9-da Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
Bəxtiyar Hacıyevin barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi başlanıb.
Daha sonra ona əlavə olaraq Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələri ilə ittiham verilib.