28 Dekabr 2014 08:25
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuelanın şərqində üzü maskalı 7 silahlı şəxs Arapito çimərliyində istirahət edən 300 turisti qarət edib.

Teleqraf.com-un “BBC”-yə istinadən verdiyi xəbərə görə, qarətçilər turistləri qorxutmaq üçün havaya bir neçə dəfə atəş açıblar.

Turistlər üzərilərində olan pul kisələrini, zinət və digər bahalı əşyalarını cinayətkarlara verməyə məcbur olublar. İnsident zamanı xəsarət alan olmayıb.

Hadisədə bir müddət sonra yerli sakinlər polisin hərəkətsizliyinə qarşı etiraz əlaməti olaraq Arapito çimərliyinə gedən yolu bağlayıblar.


Müəllif:

Oxşar xəbərlər