29 Dekabr 2014 12:34
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən şahlar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu ilin mayın 16-da Nərimanov rayonu ərazisindəki 5 saylı Şəhər Kliniki Xəstəxanasının qarşısında Bakı şəhər sakini Şahlar Əliyev ailə-məişət münaqişəsi zəminində orada tibb bacısı işləyən arvadı Minarə Salmanovanı bıçaqla qətlə yetirib.

Şahin Əliyev həmin ərazidə xidmət aparan Bakı Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin n əməkdaşları tərəfindən saxlanılıb və Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinə təhvil verilib.

Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Şahin Əliyev 14 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər