İmişli rayonunda əxlaqsızlıq yuvasının aşkar olunması ilə bağlı əməliyyat keçirilib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, əməliyyatı İmişli rayon Polis Şöbəsinin əməkdaşları keçirib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Çahar kəndində yerləşən “Motel” kafesində əxlaqsızlıq yuvası aşkar olunub.
Müəyyən edilib ki, rayon sakini Gülbala Muradovun gəlir əldə etmək məqsədi ilə kafedə əxlaqsızlıq yuvası təşkil edib.
Hacı Zeynalov