Bakının Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında bir nəfər köməksiz vəziyyətdə qalıb.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər mənzilin qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə açıblar. Mənzilə baxış keçirilərkən huşsuz vəziyyətdə aşkarlanan vətəndaş aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 21:15-də başa çatıb.