29 Mart 2023 09:48
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

“RT Ravel” MMC və “R.T.Group Akademiya” MMC-nin təsisçisi və direktoru Rasim Məmmədov, “Kale Dershanesi” və “Vish Travel” MMC-nin təsisçisi və direktoru Xəyal Yusubovun cinayət işi hakim icraatına verilib.

Teleqraf.com xəbər verir ki, cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Eldar İsmayılovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələki müəyyən edilməyib.

Qeyd edək ki, “RT Ravel” və “R.T.Group Akademiya” MMC və “Kale Dershanesi” və “Vish Travel” MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaq zamanı “RT Ravel” MMC və “R.T.Group Akademiya” MMC-nin təsisçisi və direktoru Rasim Məmmədovun, “Kale Dershanesi” və “Vish Travel” MMC-nin təsisçisi və direktoru Xəyal Yusubovla birgə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan xaricdə təhsil və iş vizalarının təşkili adı altında müxtəlif şəxslərə məxsus ümumilikdə 164 min manatdan artıq pul vəsaitini ələ keçirməsi və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Rasim Məmmədov və Xəyal Yusubov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 193.1 (yalançı sahibkarlıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər