30 Dekabr 2014 15:24
598

Balakən rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Katex kəndində qeydə alınıb. Laçın rayon sakini Elşən Kərimov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən kənd sakini Abdulsaleh Xodayevi vurub. Xəstəxanaya yerləşdirilmiş A.Xodayev ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: