30 Dekabr 2014 15:48
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayonunda oğurluq hadisəsini üstü açılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sərxan Mayıllı tutulub. O, noyabrın 27-də Samir Şirinova məxsus internet klubdan 850 manat oğurlayıb.

Daha bir oğurluq hadisəsinin üstünün açılması ilə bağlı əməliyyatı Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları keçirib. Dekabrın 28-də Sabit Salahova məxsus 145 manatı və qızıl əşyaları quldurluq yolu ilə almış Bakı şəhər sakini Amin Əliyev tutulub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər