31 Dekabr 2014 15:14
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto
Braziliyada motosiklet taksisinin sürücüsü naməlum şəxs tərəfindən başına 30 santimetrlik bıçaq vurulandan sonra sağ qalıb.
Teleqraf.com-u məlumatına görə, hadisə münaqişə zəminində baş verib. Sürücü bıçağın başına keçdiyindən sonra 2 saatlıq yol qət edərək özünü xəstəxanaya çatdıra bilib.
İnsident Alaqoas ştatının Aqua-Branka əyalətində baş verib. KİV-in məlumatına görə 39 yaşlı mototaksi sürücüsü Xuaselo Nunyes (Juacelo Nunes) məclislərin birində mübahisə etdiyi şəxs tərəfindən başından bıçaqlanıb.
Bıçaq onun sol gözündən vurularaq, ağzından keçib aşağı sümüyün sağ tərəfindən çıxıb. Bundan sonra həkimlərin ona tibbi yardım etməsi üçün dostlar Nunyesi ən yaxınlıqdakı xəstəxanaya 2 saata çatdıra biliblər.
“Bıçaq bir neçə damar və sinirlərdən keçib, bu onu yerindəcə öldürə bilərdi”,- deyə kişinin çatdırıldığı Piaui ştatının Terezina şəhərindəki xəstəxananın həkimi Jilbertu Albukerke bildirib. Onun sözlərinə görə, zərərçəkən “qeyri-adi sürətlə” sağalır və o, xəstəxanaya çatdırılana qədər özündə olub.
Mototaksi sürücüsü boğazdan və çiyindən daha iki bıçaq yarası alıb. /anspress.com/

Müəllif:

Oxşar xəbərlər